"Sənət dialoqu” layihəsi çərçivəsində Sabirabadda Xalq artisti Gülyaz Məmmədova ilə görüş keçirilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) "Sənət dialoqu" layihəsi davam edir.
Layihə çərçivəsində mayın 19-da Sabirabad rayon Mədəniyyət Mərkəzində Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının, həmçinin Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının solisti, xanəndə Gülyaz Məmmədova ilə görüş təşkil olunub.
Görüş Mil-Muğan Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə keçirilib.
MEMİM-in direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov çıxış edərək "Sənət dialoqu" layihəsi haqqında məlumat verib. Qeyd edib ki, layihənin məqsədi mədəniyyət xadimlərinin Bakıda və regionlarda fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin kollektivləri ilə görüşlərinin təşkili, gənc nəslin sənətə marağının artırılması, onların bədii zövqünün formalaşdırılmasıdır.
Xalq artisti Gülyaz Məmmədovanın sənət yolundan və muğamın tədrisi sahəsində xidmətlərindən bəhs edən V.Hümbətov bildirib ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) pedaqoji fəaliyyət göstərən Xalq artisti yeni xanəndələr nəslinin yetişməsində öz bilik və təcrübəsini əsirgəmir.
Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev də çıxışında Gülyaz Məmmədovanın ölkəmizdə xanəndəlik sənətinin inkişafına verdiyi töhfələrdən danışıb və bu kimi tədbirlərin regionlarda keçirilməsinin vacibliyini vurğulayıb.
Sonra Gülyaz Məmmədova muğam sənəti və onun incəlikləri haqqında söz açıb, muğamın tədrisi və təbliği məsələlərinə toxunub. O, "Sənət dialoqu" layihəsinə dəvət olunduğuna görə təşkilatçılara minnətdarlığını bildirib, tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
MEMİM-in sektor müdiri Nicat Həsənzadənin moderatorluğu ilə keçirilən tədbirdə Sabirabad, Beyləqan, İmişli və Saatlı rayonlarında fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin şagirdləri muğam və xalq mahnılarımızı ifa ediblər. Ustad dərsi formatında keçirilən görüşdə sənətkar şagirdlərə ifaçılıqla bağlı öz tövsiyələrini verib.
ADMİU-da Gülyaz Məmmədovanın sinfində xanəndəlik ixtisası üzrə təhsil alan tələbələr Cəfər Allahverdiyev, Toğrul Abıyev, Gülyaz Həsənzadə, həmçinin 8-ci Televiziya Muğam Müsabiqəsinin laureatı Rəvanə Vəliyeva müəllimləri ilə birgə muğam və təsniflər səsləndiriblər. Onları Azərbaycan Milli Konservatoriyasının müəllimi Cahandar Mikayılov (tar), konservatoriya nəzdində Musiqi Kollecinin müəllimi Mehman Mikayılov (kamança) və Elməddin Həsənov (nağara) müşayiət ediblər.
Təqdim olunan rəngarəng musiqi nömrələri iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
"Sənət dialoqu” layihəsi çərçivəsində Sabirabadda Xalq artisti Gülyaz Məmmədova ilə görüş keçirilib - FOTO
-
“Piano Musiqisi Axşamı” adlı konsert proqramı təqdim olundu - FOTO
-
“Dost! Dost! Dost!” adlı konserti Novruz Novruzlunun xatirəsinə ithaf edilib - FOTO
-
“Klassik Musiqi Zamanı” layihəsi çərçivəsində “Dünya dillərində musiqi” adlı konsert keçirilib – FOTO
-
“Küləklər şəhərinin salnaməsi" XIX–XXI əsrlər rəssamlarının əsərlərində Bakı adlı sərginin açılış mərasimi keçirilib - FOTO
-
O filmdə danışan Nəsibə Zeynalova deyilmiş... - VİDEO
XƏBƏR LENTİ
-
Azərbaycan-Gürcüstan qatarlarında yeni sistem: Hər şey dəyişir
-
13 yaşlı futbolçu küçədə ÖLDÜRÜLDÜ
-
Yaponiyada güclü zəlzələ oldu
-
Xalq artisti nəvəsini paylaşdı - FOTO
-
UEFA yığmamızın üzvünü ağır CƏZALANDIRDI
-
Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı
-
Prezident İlham Əliyev onları təltif etdi
-
Hadisenin çimərlik FOTOları diqqət çəkdi
-
"Sənət dialoqu” layihəsi çərçivəsində Sabirabadda Xalq artisti Gülyaz Məmmədova ilə görüş keçirilib - FOTO
-
Müəllimlər üçün mühüm xəbər: Prosesə start verildi
-
Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı
-
Tikinti bazarında bu materiallar BAHALAŞDI
-
Ukraynada prezident seçkiləri bu tarixdə keçirilə bilər
-
Qanunsuz tikililərə sənəd veriləcək? - Nazir AÇIQLADI
-
Maye qaz məntəqəsində təhlükə: İstismar dayandırıldı
-
Vəhşi heyvanlar kəndə hücum etdi - 30 min manatlıq zərər
-
Ayın 21-də hava kəskin DƏYİŞİR: Leysan, dolu, qar... - PROQNOZ
-
Türkiyənin ən varlı qadını öldü - Qızı gizlincə dəfn etdi - FOTO
-
Tarixində ilk dəfə avrokuboklarda yarışacaqlar
-
Azərbaycanda nəqliyyatdan istifadə göstəriciləri açıqlandı
-
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
-
Yalnız POS-terminalla ödəniş aparın - XƏBƏRDARLIQ
-
ABŞ-də yaşayan Avroviziya təmsilçimizin övladı ilə ilk FOTOsu
-
Hantavirus ürəyi vurur: Bu şəxslər daha tez yoluxa bilər





