Cəmiyyət

Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı

20 May 2026 13:22
Baxış: 354
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Yeni cihaz dünyada hava keyfiyyəti monitorinqi sahəsində aparıcı brendlərdən biri sayılan İsveçrə mənşəli IQAir şirkətinəməxsusdur.

Milli.Az xəbər verir ki, cihaz havadakı çirkləndirici maddələri - xüsusilə insan sağlamlığı üçün ən təhlükəli sayılan PM2.5 və PM10 hissəciklərini, həmçinin azot dioksid, ozon və karbon monoksid kimi qazları ölçərək Hava Keyfiyyəti İndeksini (AQI)müəyyənləşdirir. Toplanan məlumatlar IQAir-in qlobal AirVisual platforması vasitəsilə açıq şəkildə yayımlanır, beləliklə hər bir vətəndaş öz mobil telefonu və ya kompüteri üzərindən şəhərin havasının cari vəziyyətini izləyə bilir.

Mütəxəssislərin bildirdiyinə görə, belə cihazların quraşdırılması yalnız ekoloji şəffaflıq baxımından deyil, həm də əhalinin sağlamlığının qorunması istiqamətində mühüm əhəmiyyət daşıyır. Astma, allergiya və tənəffüs yolları xəstəlikləri olan insanlar, eləcə də uşaqlar və yaşlıvətəndaşlar bu məlumatlar əsasında açıq havada keçirdikləri vaxtı planlaşdıra biləcəklər.

Qeyd edək ki, IQAir-in illik "World Air Quality Report" hesabatları dünyanın hava çirkliliyi ilə bağlı ən etibarlı mənbələrindən biri hesab olunur və bu cihazlar BMT, Ümumdünya Səhiyyə Təşkilatı kimi qurumlar tərəfindən də istifadə edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.