Qanunsuz tikililərə sənəd veriləcək? - Nazir AÇIQLADI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Qanunsuz tikililərə sadə amnistiya tətbiqi müəyyən dövrdə sosial problemlərin həllinə kömək edə bilər, lakin uzunmüddətli perspektivdə yeni qanunsuz tikintiləri təşviq etməklə əlavə risklər yarada bilər".
Milli.Az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası: dünya üçün mənzil təminatı" adlı dialoq sessiyasında deyib.
Nazir bildirib ki, 1991-ci ildə ölkə müstəqillik əldə etdikdən sonra dövlət quruculuğu prosesi ilə bağlı ciddi çağırışlarla üzləşib:
"Bununla yanaşı, Azərbaycan ərazilərinin işğalı və qaçqın axını ölkəyə böyük təzyiq göstərirdi. Azərbaycanlıların Ermənistandan qaçqın düşməsi, eləcə də insanların işğal olunmuş ərazilərdən məcburi köçkün düşmələri vəziyyəti daha da ağırlaşdırdı. Miqyası təsəvvür etmək üçün qeyd edim ki, 1994-cü ildə Azərbaycanın iqtisadiyyatı 1991-ci ildəki səviyyənin cəmi üçdə biri qədər idi. Təbii ki bu da əlavə sosial və iqtisadi təzyiqlər yaradırdı".
M.Cabbarov əlavə edib ki, sonrakı onillikdə əsasən iqtisadi çətinliklərdən qaynaqlanan ilk məcburi sosial miqrasiya dalğası da o vaxtkı vəziyyətə təsir göstərirdi:
"Bütün bunlar əhali artımı fonunda baş verirdi. Çünki müstəqillik əldə edilən dövrdə ölkə əhalisinin sayı təxminən 7 milyon nəfər olsa da, 25 il ərzində bu rəqəm 10 milyona çatdı. Yəni ümumi mənzərə belə idi: ölkə əhalisinin təxminən üçdə biri qaçqın və ya məcburi köçkün idi, əhali sürətlə artırdı və ölkə eyni zamanda ciddi sosial-iqtisadi problemlərlə üz-üzə qalırdı".
O müzakirə olunan mövzu ilə əlaqədar bildirib ki, müvafiq addımlar çoxmənzilli yaşayış binalarının qeydiyyatı və şəhərsalma standartlarına minimum səviyyədə cavab verən bəzi qeyri-rəsmi yaşayış məntəqələri üçün müəyyən amnistiya mexanizmlərinin tətbiqini əhatə edib:
"Eyni zamanda, təcrübəmiz göstərdi ki, leqallaşdırma məsələsinə çox ehtiyatla yanaşmaq lazımdır. Çünki qanunsuz tikililərə sadə amnistiya tətbiqi müəyyən dövrdə sosial problemlərin həllinə kömək edə bilər, lakin uzunmüddətli perspektivdə yeni qanunsuz tikintiləri təşviq etməklə əlavə risklər yarada bilər. Bu isə kənd təsərrüfatı torpaqlarına, meşə sahələrinə, su ehtiyatlarına və mühüm infrastruktur zonalarına təzyiqin artmasına səbəb ola bilər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Köhnə Günəşlidə binada yanğın - VİDEO
-
Kafedə yemək yediyi yerdə boğuldu - Xilas edilmə görüntüləri - VİDEO
-
Gəncədə iki avtomobil toqquşub - xəsarət alanlar var
-
Gəncədə sərnişin avtobusu avtomobilə çırpılıb, 8 nəfər xəsarət alıb - FOTO
-
Tovuzda kanalda meyit tapılıb
-
Ağdamda çobanlar arasında dava qanla bitdi
XƏBƏR LENTİ
-
Dağılmayan turşulu kiftə resepti
-
Neçə dəqiqəyə günəş yanığı yaranır?
-
Gecə yuxusu üçün ən ideal otaq temperaturu açıqlandı
-
Hindistan qozu qabıqlarını yolların altına döşəməyə başladılar
-
Dəqiqələr ərzində hazır: Tavada brauni resepti
-
Elman Paşayevin oğlu həbs edildi
-
Ermənistan ABŞ ilə birgə hərbi təlimlərə başlayır
-
Azərbaycanda xanəndə dünyasını dəyişdi
-
Azərbaycanda Məhərrəm ayı başlayıb
-
Günün qoroskopu: Riskli investisiyalardan uzaq durun
-
İzzət Bağırovun oğlu məzun oldu - FOTO
-
"Space" TV-də yüksək vəzifəyə təyinat
-
“Turan Tovuz” avrokuboka buraxılmadı - CAS-dan yekun qərar
-
Asenanın son halı - tanımaq olmur - FOTO
-
Yeddi il əvvəl əkinə başladı - hər ağacdan 300 kq məhsul götürür – FOTO
-
Köhnə Günəşlidə binada yanğın - VİDEO
-
“El Calor en Baku – Azerbaijan Tango Festival” Beynəlxalq Tanqo və Mədəniyyət Festivalının proqramı təqdim olunub
-
Pezeşkian ABŞ ilə yekun razılaşmadan danışdı
-
Kafedə yemək yediyi yerdə boğuldu - Xilas edilmə görüntüləri - VİDEO
-
İspaniya Kabo Verde ilə oyunda xal itirib - YENİLƏNİB
-
Matçın ilk 30 dəqiqəsində topa toxunmadı
-
Hörmüzün tam açılacağı tarixi açıqlandı
-
Gəncədə iki avtomobil toqquşub - xəsarət alanlar var
-
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib





