Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İnnovasiya lideri Bakcell gənclərin rəqəmsal bacarıqlarının inkişafına yönəlmiş təşəbbüslərini davam etdirir. Şirkətin tərəfdaşlığı ilə Peerstack Academy tərəfindən Java və Python proqramlaşdırma dilləri üzrə "SummerStack Bootcamp" proqramı həyata keçiriləcək.
Üç ay müddətində davam edəcək bootcamp proqramının əsas məqsədi gənclərə proqramlaşdırma sahəsində fundamental biliklər qazandırmaq, onları real layihələr üzərində işləməyə cəlb etmək və İT karyerasına güclü başlanğıc imkanı yaratmaqdır.
Proqram Java və Python proqramlaşdırma istiqamətlərini əhatə edir. Tədris prosesi qarşılıqlı öyrənmə və layihə əsaslı tədris modelləri əsasında qurulacaq. İştirakçılar təcrübəli mentorların dəstəyi ilə praktiki nümunələr üzərində işləyəcək, nəzəri biliklərini praktik tapşırıqlar vasitəsilə tətbiq edəcəklər. Bakcell-in dəstəyi ilə həyata keçirilən təqaüd proqramı çərçivəsində iştirakçılara 70%-dək təqaüd imkanı təqdim olunacaq.
Qeydiyyatdan keçən iştirakçılar məntiq və proqramlaşdırma biliklərini əhatə edən imtahan mərhələsində, daha sonra isə müsahibə prosesində iştirak edəcəklər.
Proqram iştirakçıların gələcəkdə İT sahəsində peşəkar inkişafı, real iş mühitinə uyğun bacarıqlar qazanması və bu sahədə uğurlu karyera qurmasına dəstək olacaq.
Bakcell və Peerstack Academy arasında qurulan bu əməkdaşlıq innovativ ideyaların real texnoloji həllərə çevrilməsi üçün yeni imkanlar yaratmaqla yanaşı, ölkədə texnologiya sahəsində insan kapitalının inkişafına töhfə verməyi hədəfləyir.
Peerstack Academy-nin tələbəsi olmaq istəyənlər linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Sənət dialoqu” layihəsi çərçivəsində Sabirabadda Xalq artisti Gülyaz Məmmədova ilə görüş keçirilib - FOTO
-
Müəllimlər üçün mühüm xəbər: Prosesə start verildi
-
Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı
-
Tikinti bazarında bu materiallar BAHALAŞDI
-
Qanunsuz tikililərə sənəd veriləcək? - Nazir AÇIQLADI
-
Maye qaz məntəqəsində təhlükə: İstismar dayandırıldı
XƏBƏR LENTİ
-
"Sənət dialoqu” layihəsi çərçivəsində Sabirabadda Xalq artisti Gülyaz Məmmədova ilə görüş keçirilib - FOTO
-
Müəllimlər üçün mühüm xəbər: Prosesə start verildi
-
Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı
-
Tikinti bazarında bu materiallar BAHALAŞDI
-
Ukraynada prezident seçkiləri bu tarixdə keçirilə bilər
-
Qanunsuz tikililərə sənəd veriləcək? - Nazir AÇIQLADI
-
Maye qaz məntəqəsində təhlükə: İstismar dayandırıldı
-
Vəhşi heyvanlar kəndə hücum etdi - 30 min manatlıq zərər
-
Ayın 21-də hava kəskin DƏYİŞİR: Leysan, dolu, qar... - PROQNOZ
-
Türkiyənin ən varlı qadını öldü - Qızı gizlincə dəfn etdi - FOTO
-
Tarixində ilk dəfə avrokuboklarda yarışacaqlar
-
Azərbaycanda nəqliyyatdan istifadə göstəriciləri açıqlandı
-
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
-
Yalnız POS-terminalla ödəniş aparın - XƏBƏRDARLIQ
-
ABŞ-də yaşayan Avroviziya təmsilçimizin övladı ilə ilk FOTOsu
-
Hantavirus ürəyi vurur: Bu şəxslər daha tez yoluxa bilər
-
Saleh Səmədov görün nə qədər pul mənimsəyibmiş
-
Talibandan yeni QANUN: Yetkinlik yaşına çatmış qızın...
-
Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: Hərrac bu tarixdə KEÇİRİLƏCƏK
-
“Pulu xırdala” bəhanəsi ilə dələduzluq - Vətəndaşlara ÇAĞIRIŞ
-
"Həftədə 3 dəfə basketbol oynayıram" - Ərdoğan - VİDEO
-
500 çörəkdən hazırlanan libası müzakirə yaratdı - VİDEO
-
Türkiyədə baş verən güclü zəlzələdən GÖRÜNTÜLƏR - VİDEO
-
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı





