Cəmiyyət

Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: Hərrac bu tarixdə KEÇİRİLƏCƏK

20 May 2026 11:44
Baxış: 366
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ötən gün keçirdiyi hərracda 35 nəqliyyat vasitəsi satılıb.

Milli.Az xəbər verir ki, rəqabətli keçən hərracda start qiyməti 2 500 manat olan "KAMAZ 43101" markalı yük avtomobili 28 000 manata, 13 500 manat olan "Mercedes Benz 516" markalı mikroavtobus isə 45 000 manata özəlləşdirilib.

Hərracda satılan əmlakların siyahısı ilə  Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsi ilə tanış olmaq olar.

Növbəti hərrac 26 mayda keçiriləcək. Hərracda iştirak etmək istəyənlər "www.emlak.gov.az" və "www.auksion.gov.az" saytlarından seçim edə bilərlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.