Cəmiyyət

Azərbaycanda nəqliyyatdan istifadə göstəriciləri açıqlandı

20 May 2026 12:25
Baxış: 391
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bu ilin yanvar-aprel aylarında ictimai nəqliyyatda sərnişin axınında artım qeydə alınıb.

Milli.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, dövr ərzində avtobuslarla 606 milyon 123 min sərnişin daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,9% çoxdur.

Metrodan istifadə edən sərnişinlərin sayı isə 0,9% artaraq 74 milyon 18,3 min nəfərə çatıb.Taksi xidmətlərindən istiafdə edən sərnişinlərin sayı 26 milyon 993,8 min təşkil edib ki, bu da illik müqayisədə 5,8% çoxdur.

Eyni zamanda, hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 3,3% artaraq 1 milyon 218,9 min nəfərə, dəmiryolu nəqliyyatı üzrə isə 20,8% artaraq 3 milyon 597,9 min nəfərə yüksəlib./apa

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.