Tikinti bazarında bu materiallar BAHALAŞDI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) aprel ayına dair açıqladığı məlumatlara görə, tikinti sektorunda xərclərin artımı sürətlənib.
Milli.Az xəbər verir ki, 2026-cı ilin aprelində tikinti xərcləri 2025-ci ilin dekabrı ilə müqayisədə təxminən 6.8% yüksəlib və indeks 106.8 bəndə çatıb. Bahalaşma daha çox metal məhsulları, beton, sement və daxili təmir materiallarında qeydə alınıb.
Hesabatda qeyd olunur ki, tikinti materialları üzrə alt indeks 107.5, əmək xərcləri 105.4, maşın-mexanizm üzrə isə 103.8 səviyyəsində olub. Ən kəskin qiymət artımı metal və beton məhsullarında müşahidə edilib, ən sabit göstəricilər isə texnika və mexanizm sahəsində qeydə alınıb.
Xüsusilə armatur, beton, laminat, parket, plastik pəncərə və digər metal əsaslı materiallarda bahalaşma davam edir. Buna əsas səbəb kimi idxal və logistika xərclərinin artması, həmçinin tikinti sektorunda tələbin yüksək qalması göstərilir.
Əmək bazarında da qiymət artımı müşahidə olunur. Fasad, kafel-metlax, suvaq və digər ustalıq işlərində xidmət haqları yüksəlib. Maşın və texnika üzrə isə artım nisbətən zəif olub.
Ümumilikdə, AQP bildirir ki, tikinti xərclərinin artması yeni tikililərin maya dəyərini yüksəldir və bu prosesin yaxın dövrlərdə daşınmaz əmlak bazarına da təsir etməsi gözlənilir.
Asya
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezidentin adından 100 manat veriləcəyi barədə mesajlarla bağlı - Xəbərdarlıq
-
Azərbaycanın investisiya üstünlüyü: İstehsaldan regional ixraca
-
Şəmkirdə 13 il əvvəl törədilən qətlin məhkəməsi başlayır
-
Paytaxtda hava dəyişir - Proqnoz verildi
-
Qarabağda ev gözləyənlərə mühüm xəbər
-
İsmayıllı, Quba, Şəki... 4 günlük tətil cibimizə neçəyə başa gələcək?
XƏBƏR LENTİ
-
Azərbaycanın 2027-ci il dövlət büdcəsi müzakirəyə çıxarılır
-
Nəzakət Məmmədovanın qızı nikahını kilsədə bağladı - (Video)
-
Kremlin saatı 10 gün işləməyəcək
-
Prezidentin adından 100 manat veriləcəyi barədə mesajlarla bağlı - Xəbərdarlıq
-
Azərbaycanın investisiya üstünlüyü: İstehsaldan regional ixraca
-
Türkiyəli reper xəstəxanaya yerləşdirildi
-
Azərbaycanda onlayn alış-verişdə qaydalar dəyişir
-
Hakimlərimiz Avropa Liqasının iki oyununa təyinat aldı
-
Rəqsanə qızı Yananı əməliyyata belə yola saldı – (Video)
-
Bəxtiyar Dali həbs edildi
-
Hərbi prokurorun səlahiyyətləri genişləndirilir
-
İspaniyada qapıçı ilə toqquşan futbolçu öldü
-
Özlərini bank və polis əməkdaşı kimi təqdim edənlər saxlanıldı - DİN-dən əməliyyat
-
“Meydan TV-də işçilərə mobbinq və zorbalıq edirlər” - Həbsdəki jurnalistlər bəyanat yaydı
-
Daha bir tiktoker həbs edildi
-
"Qarabağ" klubu cərimələndi
-
Şəmkirdə 13 il əvvəl törədilən qətlin məhkəməsi başlayır
-
Paytaxtda hava dəyişir - Proqnoz verildi
-
Qarabağda ev gözləyənlərə mühüm xəbər
-
İsmayıllı, Quba, Şəki... 4 günlük tətil cibimizə neçəyə başa gələcək?
-
Səbinə Əliyeva yenidən Ombudsman seçildi
-
Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib - (Foto)
-
Paşinyan diktatura qurur, Qərb göz yumur
-
Milli Məclisin iclası başlayıb - (Yenilənib)





