“Meydan TV-də işçilərə mobbinq və zorbalıq edirlər” - Həbsdəki jurnalistlər bəyanat yaydı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Meydan TV-nin hǝbsdǝ olan üç ǝmǝkdaşı telekanalın Berlindəki rəhbərliyinə qarşı sərt bəyanat yayıb.
Milli.Az xəbər verir ki, bu barədə jurnalist Əfqan Muxtarlı sosial şəbəkə hesabında paylaşım edib.
Aytac Tapdıq, Xəyalə Ağayeva və Aysel Umudova tərəfindən hazırlanan bəyanatda Meydan TV-nin hazırda pis idarǝçilik altında olduğu qeyd olunub: "Yaradıcı azadlığın qamçılandığı, işçilǝri psixoloji tǝzyiq altında saxlayan media bu gün dǝyǝrli ǝmǝkdaşlarını, TV-nin ǝsas işçi heyǝtini itirmǝklǝ üzlǝşib. Redaksiyada bu şǝrtlǝrǝ boyun ǝymǝyib baş qaldıran işçilǝr ard-arda istefa vermǝyǝ mǝcbur buraxılır.
...Menecer kimi işǝ başlayan Matt Kasper gedişatda özünü direktor vǝ tǝk söz sahibi elan edib. Bu şǝxs baş ofisi Berlindǝ yerlǝşǝn Meydan TV-ni qeyri-demokratik vǝ qeyri-şǝffaf formada idarǝ edir. Peşǝsi sorğulamaq olan, azad ruhlu, kimsǝnin diktǝsi ilǝ hǝrǝkǝt etmǝyǝn jurnalistlǝr üzǝrindǝ iyerarxiya qurub aldığı qǝrarları qeyri-şǝrtsiz qǝbul etdirmǝyǝ çalışır. Onun ǝn böyük dǝstǝkçisi, baş redaktor vǝzifǝsini müvǝqqǝti icra edǝn Sevda Sǝmǝdova işçilǝrǝ mobbinq vǝ zorbalıq edir. Yaradıcı mühiti onlar üçün dözülmǝz hala gǝtirir. S. Sǝmǝdova "işçi haqları tanımıram" deyǝ bǝyan edǝrǝk daxili strukturun demokratiyanın ǝsas sütunu olan seçki yolu ilǝ formalaşmasını qǝbul etmir".
Bəyanatda vurğulanıb ki, jurnalistlərin hǝbsdǝ olduqları 23 ay ǝrzindǝ müdafiǝ kampaniyası qurulmayıb, rǝhbǝrliyǝ ünvanladıqları suallar cavabsız qalıb, hesabatlılıq tǝmin olunmayıb: "Hǝbsxanadan yazdığımız mǝqalǝlǝrin dǝrci süni şǝkildǝ gecikdirildi, mǝhkǝmǝmiz ǝhatǝli formada işıqlandırılmadı. Bunlara etiraz edǝrkǝn "Nǝyi, necǝ, nǝ vaxt etmǝk lazım olduğunu biz bilirik" cavabını aldıq. "Hǝr kǝsin meydanı, alternativ media olacağıq" şüarları ilǝ yaradılan TV sǝhifǝlǝri mǝhdud mövzular vǝ Azǝrbaycan cǝmiyyǝtinǝ xitab etmǝyǝn xarici kontentlǝ doldurulur. Biz bu cür fǝaliyyǝt göstǝrǝn kanalımızın hazırkı rǝhbǝrliyini qǝbul etmirik. Meydan TV-dǝ demokratik mühit bǝrqǝrar olana, adıçǝkilǝn şǝxslǝr vǝzifǝdǝn uzaqlaşdırılana qǝdǝr onların yanında duruş gǝtirmǝdiyimizi bǝyan edirik".
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
İspaniyada qapıçı ilə toqquşan futbolçu öldü
-
Özlərini bank və polis əməkdaşı kimi təqdim edənlər saxlanıldı - DİN-dən əməliyyat
-
“Meydan TV-də işçilərə mobbinq və zorbalıq edirlər” - Həbsdəki jurnalistlər bəyanat yaydı
-
Daha bir tiktoker həbs edildi
-
"Qarabağ" klubu cərimələndi
-
Oğuzda meşədə yanmış meyiti tapılan şəxs vəzifəli şəxs imiş
XƏBƏR LENTİ
-
Rəqsanə qızı Yananı əməliyyata belə yola saldı – (Video)
-
Bəxtiyar Dali həbs edildi
-
Hərbi prokurorun səlahiyyətləri genişləndirilir
-
İspaniyada qapıçı ilə toqquşan futbolçu öldü
-
Özlərini bank və polis əməkdaşı kimi təqdim edənlər saxlanıldı - DİN-dən əməliyyat
-
“Meydan TV-də işçilərə mobbinq və zorbalıq edirlər” - Həbsdəki jurnalistlər bəyanat yaydı
-
Daha bir tiktoker həbs edildi
-
"Qarabağ" klubu cərimələndi
-
Şəmkirdə 13 il əvvəl törədilən qətlin məhkəməsi başlayır
-
Paytaxtda hava dəyişir - Proqnoz verildi
-
Qarabağda ev gözləyənlərə mühüm xəbər
-
İsmayıllı, Quba, Şəki... 4 günlük tətil cibimizə neçəyə başa gələcək?
-
Səbinə Əliyeva yenidən Ombudsman seçildi
-
Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib - (Foto)
-
Paşinyan diktatura qurur, Qərb göz yumur
-
Milli Məclisin iclası başlayıb - (Yenilənib)
-
Çinin modernləşməsinin idarəetmə əsasları - 5-ci Plenumda nələr müzakirə edildi?
-
Azərbaycan Prezidenti İlham Əliyev Keniyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
-
Prezident İlham Əliyev Panama Prezidentini təbrik edib
-
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
-
Prezident İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Milli Məclis Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb
-
Oğuzda meşədə yanmış meyiti tapılan şəxs vəzifəli şəxs imiş
-
Vergi xidmətində korrupsiya əməliyyatı: Vəzifəli şəxs saxlanıldı - (Yenilənib)





