Şou-biznes

Hind aktyoru fanatları ilə görüşə gülləkeçirməz kabinədə gəldi - (Video)

3 Noyabr 2026 09:54
Baxış: 689
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Hindistan kinosunun əfsanəvi aktyoru Amitabh Baççan uzun illərdir qoruduğu ənənəsini bu dəfə fərqli şəraitdə həyata keçirib.

Milli.Az xəbər verir ki, aktyor təhlükəsizlik tədbirləri çərçivəsində 42 ildir davam etdirdiyi ənənəvi görüşünü gülləkeçirməz şüşədən hazırlanmış xüsusi kabinənin arxasından keçirib. Onun bu addımı ətrafdakıların diqqətini çəkib.

Məlumata görə, təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə səbəb oktyabr ayında aktyorun malikanəsinə bomba təhdidi ilə bağlı elektron məktubun göndərilməsi olub.

Həmin görüşdə Amitabh Baççanı oğlu Abhişek Baççan da müşayiət edib. O, atasının arxasında dayanaraq ətrafdakı izdihama nəzarət edib. Ərazidə əlavə təhlükəsizlik əməkdaşları da xidmət aparıblar.

Aktyorun onilliklərdir davam etdirdiyi ənənəni bu dəfə gülləkeçirməz kabinənin içərisindən yerinə yetirməsi ilə bağlı görüntülər sosial şəbəkələrdə müzakirə olunub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.