Bakının 4 rayonunda işıqlar kəsiləcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Noyabrın 3-də Yasamal, Səbail, Binəqədi və Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidməti ərazilərində təmir və yenidənqurma işləri aparılacaq.
"Azərişıq"dan Milli.Az-a verilən məlumata görə, Yasamalda Transformator Məntəqəsində (TM) görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Akim Abbasov, Bəsti Bağırova, Cəfər Cabbarlı, Zahid Xəlilov, Zivər bəy Əhmədbəyov küçələri və Mətbuat prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Səbail rayonunda TM-də təmir işləri icra olunarkən Badamdar qəsəbəsi 2-ci yaşayış massivində və Mikayıl Müşfiq küçəsində saat 10:00-dan 14:00-dək enerjinin verilişində qısa müddətli fasilə yaranacaq.
Binəqədidə 35/6 kV-luq 93 saylı yarımstansiyadan qidalanan 6 kV-luq "Aşağı Sulutəpə" və "Xocəsən" hava xətlərində təmir işləri həyata keçiriləcək. Beləliklə, planlı fasilə saat 10:00-dan 13:00-dək Sulutəpə və Xocəsən qəsəbələrinin bəzi ərazilərini əhatə edəcək. Həmçinin 110/35/6 kV-luq "ETK-4" yarımstansiyasından çıxan 6 kV-luq "Masazır-1" və "Masazır-2" hava xətləri üzrə naqillər yenilənəcək. Yenidənqurma işləri zamanı 10 May küçəsində və Xırdalan-Binəqədi yolunun aşağı hissəsində saat 10:00-dan 17:00-dək enerjinin verilişi məhdudlaşdırılacaq.
Xəzər rayonunda 35/6 kV-luq 491 saylı yarımstansiyadan çıxan 6 kV-luq hava xətti üzrə naqillərin yenilənməsi işləri ilə əlaqədar saat 10:00-dan 16:00-dək Buzovna qəsəbəsi Albalılıq yaşayış massivi, Abşeron, Abbasqulu Abdullayev, Baba Salahov, İzmir, Musa Nağıyev, Məmməd Namazov küçələrinin bir sıra yerlərində enerjinin verilişi müvəqqəti dayandırılacaq.
Təmir və yenidənqurma işləri yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qızıl alanların diqqətinə - Əsl vaxtdır
-
Çempionlar Liqasında IV turun həyəcanı başlayır – 9 matç var
-
Dünya bazarında neft bahalaşdı
-
Pensiyalar bu tarixdə veriləcək
-
Britni Spirs: "Mənimlə qul kimi rəftar edirdilər"
-
Oturduğu kafenin sahibini hesaba görə bıçaqladı
-
Bakının 4 rayonunda işıqlar kəsiləcək
-
Evdən avtomobillə çıxanların nəzərinə
-
Kasıblıq tələsi yaradan 4 cümlə: Psixoloqlardan maliyyə xəbərdarlığı
-
Smartfon Wi-Fi-ya qoşulduqda belə gigabayt "yeyir": dayandırmağın yolu
-
Qəhvəyə 1 çay qaşığı əlavə edin: Şəkəri əvəz edir, arıqlamağa kömək edir
-
Evli kişilərin tualetdə uzun müddət qalmağının səbəbi
-
Məşhur ulduzların səhnəyə çıxmazdan əvvəlki qəribə vərdişləri
-
Süni intellektə bu sualı verməyin - nəticəni oxuyan xəstəxanaya qaçır
-
Şabalıd soyarkən çətinliyə son: Küçə satıcılarının gizli fəndı
-
İran ABŞ ilə danışıqlar üçün 7 günlük plan təklif edib - Əraqçi
-
Koronavirus yenidən yayılmağa başlayıb - (Video)
-
Qurban Bayramov vəfat etdi
-
Günün qoroskopu: Keçmişdə verdiyiniz bəzi qərarlar bu gün öz təsirini göstərəcək
-
Bərdədə ağır qəzada həlak olan iki dostun fotosu
-
Sabah Şəkidə qaz olmayacaq
-
Bütün sərnişinlərin öldüyü qəzanın səsyazısı yayıldı - (Video)
-
“Amay” Ticarət Mərkəzinin damı təhlükə saçır - (Video)
-
Dövlət Baxçalıya ağır itki üz verdi





