“Övladın yox, valideynin övlada BORCU VAR”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müğənni Əminə Şirin səsləndirdiyi fikirlərlə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, sənətçi aparıcı Tarix Əliyevin "YouTube" layihəsində qonaq olarkən valideyn-övlad münasibətləri barədə diqqətçəkən açıqlamalar verib.
Əminə Şirin bildirib ki, valideynlərin övlad qarşısında daha böyük məsuliyyəti var və insan övlad dünyaya gətirərkən qarşılıq gözləməməlidir:
"Anamın çox gözəl sözü var. Deyir ki, övladın valideynə yox, valideynin övlada borcu var. Mən də bununla razıyam. Dünyaya övlad gətirəndə təmənna güdməməlisən ki, böyüyəndə mənə baxacaq".
Müğənni əlavə edib ki, övladın valideynə münasibəti insanın taleyi və həyatda qarşılaşdığı davranışlarla bağlıdır:
"Baxırsa nə yaxşı, baxmayacaqsa, vəfasız olacaqsa, demək ki, karmadır. Mən taleyi ilə barışan insanam. Dünyaya övlad gətirmişəmsə, son nəfəsimə qədər onun xidmətində dayanmalıyam".
İfaçı həyatdakı yaxşılıq və niyyət mövzusuna da toxunaraq maraqlı bənzətmələr işlədib:
"İnsanın insanın üstündə niyyətinin də haqqı var. Bu dünyada hər şey zəncirvari şəkildə bir-birinə bağlıdır. Günəş insanları isidir, özünü yox. Ağac bar verir, özü meyvəsindən yemir. Ağac da sənə verdiyi meyvəsini halal etməlidir".
Əminə Şirinin bu fikirləri sosial mediada fərqli reaksiyalar doğurub. İzləyicilərin bir qismi sənətçinin düşüncələrini dəstəkləyib, digərləri isə valideyn və övlad münasibətləri ilə bağlı fərqli mövqelər səsləndiriblər.
Musa
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





