Prokuror 7–8 il həbs istədi - Perinatal Mərkəz işi davam edir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Respublika Perinatal Mərkəzdə yanğınla bağlı cinayət məsuliyyətinə cəlb edilmiş direktor Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev, Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin məhkəməsi keçirilib.
Milli.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi prosesdə Mehriban Abbasquliyevanın vəkili Əlövsət Abbasov vəsatət verərək, məhkəmə istintaqının yenilənməsini xahiş edib.
Vəkil, yanğın təhlükəsizliyi texnikası, fiziki-kimyəvi, tikinti-texniki ekspertizanın keçirilməsi, həmçinin ekspertin dindirilməsi barədə vəsatətləri olacağını deyib.
Dövlət ittihamçısı Eldar Məmmədov isə vəsatətin təmin olunmamasını bildirib. Onun sözlərinə görə, məhkəmə istintaqı tamamlanıb, ittiham tərəfi çıxış edib və vəkillər çıxışa hazırlaşmaq üçün vaxt istəyib.
Mehriban Abbasquliyevanın digər vəkili Muxtar Mustafayev də vəsaitlərinin təmin olunmasını istəyib.
Təqsirləndirilən şəxslər də vəsatətin təmin olunmasını xahiş ediblər.
Məhkəmə qısa müşavirədən sonra vəsatəti təmin etməyib.
Məhkəmənin növbəti iclası iyunun 3-də davam edəcək.
Qeyd edək ki, bundan əvvəlki prosesdə çıxış edən prokuror hər üç təqsirləndirilənin 3 il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməsini, Mehriban Abasquliyevanın 8 il, Elnur Əhmədli və Hamlet Mustafayevin 7 il müddətinə azadlıqdan məhrum edilməsini və onların zaldan həbs olunmasını təklif edib.
Xatırladaq ki, 2004-cü il yanvarın 9-da Respublika Perinatal Mərkəzində inzibati binasında yanğın baş verib. Baş Prokurorluq Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başladıb, ibtidai istintaq Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.
Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci ildə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib./unikal.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Həftədə 3 dəfə basketbol oynayıram" - Ərdoğan - VİDEO
-
500 çörəkdən hazırlanan libası müzakirə yaratdı - VİDEO
-
Türkiyədə baş verən güclü zəlzələdən GÖRÜNTÜLƏR - VİDEO
-
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı
-
Daha bir ədəbsiz mahnı çıxdı - VİDEO
-
Azərbaycanda bu işi cəmi 3 qadın işləyib - Qalanı kişilərdir
-
AYNA-dan Bakı üçün yeni addım: Hansı küçələr dəyişdi? - FOTO
-
3 bürcün həyatı tam dəyişir - Sürpriz çox yaxındadır
-
“Övladın yox, valideynin övlada BORCU VAR”
-
170 mindən çox şəxsin sosial müavinəti ilə bağlı qərar verildi - RƏSMİ
-
Azərbaycanda məşhur həkim vəfat ETDİ
-
Prokuror 7–8 il həbs istədi - Perinatal Mərkəz işi davam edir
-
Esvatini Kralı Bakı Ali Neft Məktəbində olub - FOTO
-
Okan Buruk İkardini SİLDİ
-
İranda da zəlzələ oldu
-
“Kabab yeyənə menyu lazım deyil?” - Bölgələrdə xidmət qalmaqalı
-
"O, gələndə deyirdim ki, ay qız, "kabluk" geyinmə”
-
Sabiq rəis müavininin həbsdə olan qızı ilə bağlı gözlənilməz QƏRAR
-
Türkiyədə güclü zəlzələ oldu
-
Azərbaycanda ən yüksək maaşı onlar ALIRMIŞ
-
“Qarabağ”da diqqət çəkən qərar - Elvin tədbirdən kənarda qaldı
-
Çində sel: 21 nəfər öldü, çox sayda insan itkin düşdü - FOTO
-
Bu saatlarda işləyirsinizsə, 40 faiz əlavə ödəniş ALMALISINIZ
-
Cinpin Putini belə QARŞILADI - VİDEO





