Şou-biznes

Əməkdar artistin nəvəsi doğuldu: "Səhər 5-dən oyağam"

21 May 2026 16:58
Baxış: 392
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Əməkdar artist Nuriyyə Hüseynova sevindirici xəbəri izləyiciləri ilə bölüşüb.

Milli.Az xəbər verir ki, müğənninin ailəsinə yeni üzv qatılıb.

Sənətçi bu barədə "Günə uğurla" verilişində danışıb. O bildirib ki, oğlu Türkəlin üçüncü övladı dünyaya gəlib.

Nuriyyə Hüseynova nəvəsinin qız olduğunu və ona Aylin adının verildiyini açıqlayıb:

""Səhər 5-dən oyağam. Oğlumun qızı dünyaya gəldi. Anası və atası ona Aylin adını qoyub".

Əməkdar artistin bu xəbəri sosial şəbəkələrdə də maraqla qarşılanıb. İzləyicilər sənətçini təbrik edərək körpəyə xoş arzular ünvanlayıblar.

Bildirək ki, Nuriyyə Hüseynovanın bir qız övladı da var.

Musa
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.