Cəmiyyət

Bakı-Tiflis qatarı ilə səyahət edənlər cərimələnə BİLƏR

21 May 2026 17:02
Baxış: 581
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

2026-cı il yanvarın 1-dən etibarən Gürcüstana daxil olan bütün xarici vətəndaşlar ölkə ərazisində qalma müddətini əhatə edən tibbi sığortaya malik olmalıdırlar. Qayda turizm, işgüzar səfər və tranzit məqsədilə ölkəyə daxil olan bütün sərnişinlərə şamil olunur. Bəs, Bakı-Tiflis qatarı ilə səyahət edənlər üçün bu məsələ necə tənzimlənəcək?

Milli.Az xəbər verir ki. bu barədə Manset.az-a açıqlama verən "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib ki, sərnişinlər biletlərini alarkən əlavə səyahət sığortasını da əldə etməlidirlər.

Onun sözlərinə görə, ölkəyə daxil olan bütün sərnişinlərin tibbi sığortası olmalıdır:

"Səfər edən şəxslər mütləq şəkildə sığortalanmalıdırlar. Əks halda, Gürcüstan ərazisinə giriş zamanı cərimə tətbiq oluna bilər. Azərbaycan Dəmir Yolları QSC isə bu məsələ üzrə məsuliyyət daşımır".

O əlavə edib ki, tibbi sığortanın bilet qiymətinə aidiyyəti yoxdur.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.