Şahbaz Şərif Prezident İlham Əliyevi təbrik edib
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Milli.Az xəbər verir ki, təbrikdə deyilir:
"Zati-aliləri, əziz Qardaşım.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə, eyni zamanda, hökumətinizə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Bu tarixi gün Azərbaycan xalqının mətanətini, qətiyyətini və sarsılmaz ruhunu təcəssüm etdirir. Pakistan xalqı böyük ölkənizin tərəqqi, sabitlik və inkişaf yolunda mühüm irəliləyişini mənimlə birlikdə yüksək dəyərləndirir.
Zati-alinizlə və əziz Qardaşımız Prezident Rəcəb Tayyib Ərdoğanla birlikdə ötən il Azərbaycanda iştirak etmək şərəfinə nail olduğum Müstəqillik Günü tədbirləri yaddaşımda hər zaman xoş xatirə kimi qalacaq.
Zati-aliləri, Pakistan müdrik rəhbərliyinizlə davamlı şəkildə güclənən və inkişaf edən Azərbaycanla qardaşlıq münasibətlərinə çox böyük əhəmiyyət verir. Qardaşlığımız regional sülhə dair ortaq baxışı, qarşılıqlı hörməti və tərəfdaşlığımızın münasibətlərin dərinliyinə uyğun şəkildə inkişafı ilə bağlı istəyimizi əks etdirir.
Əminəm ki, Zati-alinizin müdrikliyi və uzaqgörənliyi sayəsində Azərbaycan daha böyük uğurlara və daha yüksək rifaha nail olacaq.
Sizi Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının uğurla keçirilməsi münasibətilə təbrik edirəm. Çox yaxın gələcəkdə Sizinlə görüşməyi səbirsizliklə gözləyirəm.
Fürsətdən istifadə edərək Zati-alinizi Pakistana rəsmi səfərə dəvətimi bir daha təkrarlayıram. Sizi ölkəmizdə çox səmimi qarşılamaqdan məmnun olardıq.
Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə davamlı tərəqqi arzu edirəm.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu göndərib
-
Trinidad və Tobaqo Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
Məhəmməd uld Şeyx əl-Qazuani Prezident İlham Əliyevə təbrik məktubu göndərib
-
Samanta Mostin Prezident İlham Əliyevə məktub göndərib
-
Şahbaz Şərif Prezident İlham Əliyevi təbrik edib
-
Tailand Kralı Prezident İlham Əliyevə məktub göndərib
XƏBƏR LENTİ
-
Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu göndərib
-
Azərbaycanda leysan və dolu: Bu rayonlara yağış YAĞIR
-
Ailəsini ziyarətə gələn 18 yaşlı əsgər vəfat etdi - VİDEO
-
"Fənərbağça" dünya ulduzunu GƏTİRİR - FOTO
-
Bakı-Tiflis qatarı ilə səyahət edənlər cərimələnə BİLƏR
-
Əməkdar artistin nəvəsi doğuldu: "Səhər 5-dən oyağam"
-
Trinidad və Tobaqo Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
Məhəmməd uld Şeyx əl-Qazuani Prezident İlham Əliyevə təbrik məktubu göndərib
-
"Ən abırsız və həyasız insanlar Azərbaycanda yaşayır"
-
Faşist diktatorun nəvəsi qalib oldu - FOTO
-
Samanta Mostin Prezident İlham Əliyevə məktub göndərib
-
Şahbaz Şərif Prezident İlham Əliyevi təbrik edib
-
Tailand Kralı Prezident İlham Əliyevə məktub göndərib
-
Cozef Aun Prezident İlham Əliyevi təbrik edib
-
Matamela Siril Ramafoza Prezident İlham Əliyevi təbrik edib
-
Malta Prezidenti Prezident İlham Əliyevi təbrik edib
-
WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib - FOTO
-
Li Cemyön Prezident İlham Əliyevi təbrik edib
-
İsveç Kralı XVI Karl Qustav Prezident İlham Əliyevi təbrik edib
-
Kralı Filip Prezident İlham Əliyevə məktub göndərib
-
Ayselin başına İŞ GƏLDİ - FOTOlar
-
Kralı VI Məhəmməd Prezidenti İlham Əliyevi təbrik edib
-
Hakim və məhkum sinif yoldaşı çıxdı - VİDEO
-
Zoran Milanoviç Prezident İlham Əliyevə məktub ünvanlayıb





