Şou-biznes

Akif İslamzadənin səhhəti açıqlandı

21 May 2026 21:40
Baxış: 386
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Müğənni Akif İslamzadənin səhhəti normallaşır.

Milli.Az xəbər verir ki, bu barədə "Qaynarinfo"ya sənətçinin özü məlumat verib. O, artıq xəstəxanadan evə buraxıldığını açıqlayıb:

"Hazırda evimdə olsam da, müalicəm davam edir. Narahat olan dostlara deyirəm ki, hər şey yaxşıdır. Dostlar, tanışlar evdə də məni tək qoymurlar, gəlib baş çəkirlər".

Akif İslamzadə bütün dostlara təşəkkür edib.

Qeyd edək ki, bir neçə gün öncə müğənni Akif İslamzadənin səhhətində problemlər yaranıb. Həkimlər onun infarkt keçirdiyini vurğulayıb. Sənətçinin ürəyinə stend qoyulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.