İdman

1-ci liqanı tərk edən komanda bəlli oldu

21 May 2026 19:33
Baxış: 364
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bu gün Azərbaycan 1-ci liqasında mövsümün sonuncu - 27-ci turuna start verilib.

Milli.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. Bu matçlardan sonra yarışı tərk edəcək və turnirdə qalmaq uğrunda pley-off oynayacaq komandalar bəlli olub.

Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan "Şimal" "Cəbrayıl"la qarşılıb. Xaçmaz təmsilçisi bu görüşdə qalib gələrək xallarının sayını 20-yə çatdırıb və 9-cu sıraya yüksəlib. Beləliklə, çempionatda mübarizə şansını qoruyub.

Digər görüşdə isə 9-cu sırada qərarlaşan "Difai" MOİK-in qonağı olub. "Difai" bu oyunda məğlub olaraq 10-cu pilləyə yuvarlanıb və liqanı tərk edib.

Xatırladaq ki, reqlamentə əsasən 1-ci liqanı tərk edən komanda yeni mövsümdən 2-ci liqada mübarizə aparır. 9-cu yerin sahibi isə 2-ci liqada mövsümü 2-ci yerdə tamamlayan komanda ilə pley-off oyunları keçirir.

21 may (cümə axşamı)

Azərbaycan I Liqası
27-ci tur

17:00. "Cəbrayıl" - "Şimal" - 2:3

Qollar: D.Açimi, 29, 54 // N.Osmanov, 55, N.Şixamirov, 64, 77
Şamaxı OİK stadionu

17:00. MOİK - "Difai" - 4:0

Qollar: M.Baxşalı, 2, S.Yadom, 24, S.Fərəcov, 79, B.Soltanov, 89
Binə qəsəbə stadionu

22 may (cümə)

16:00. "Zaqatala" - "Şəfa"

17:00. "Şahdağ Qusar" - "Baku Sportinq"

17:00. "Mingəçevir" - "Səbail" (qol.az)

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.