Azərbaycanda taksi qiymətləri BAHALAŞIR?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Taksi ilə sərnişin daşımalarda istifadə olunan avtomobillərlə bağlı yeni tələblər hazırlanacaq. Yeni qaydaların texniki göstəricilər, həmçinin avtomobillərin daxili və xarici görnüşünü də əhatə edəcəyi bildirilir.
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Yeni Sabah-a danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı prosesin hələ başlanğıc mərhələsində olduğunu bildirib.
"Qərarda da göstərilir ki, müvafiq sənəd və qaydalar 2 ay müddətində hazırlanmalıdır. Proses ilkin mərhələdədir. Yəni əvvəlcə həmin təklifləri ərsəyə gətirmək lazımdır. Bundan sonra dəyişikliyin real proseslərə necə təsir göstərəcəyi aydın olacaq. Bu baxımdan indidən "qiymətlərə necə təsir edəcək?" sualını qəti şəkildə cavablandırmaq düzgün deyil.
Qərar əsasən nəqliyyat vasitələrinin daxili və xarici tərtibatı ilə bağlı məsələlərin nəzərdən keçirilməsini əhatə edir. Söhbət sürücü haqqında məlumat lövhəsinin olmasından, post-terminalın quraşdırılmasından, avtomobilin təmiz və səliqəli saxlanılmasından, xarici görnüşünün normal olmasından, eləcə də avtomobilin istehsal ili kimi meyarlardan gedir".
Ekspertin fikrincə, yeni tələblərə uyğun gəlməyən taksilər mərhələli şəkildə sistemdən çıxarıla bilər:
"Hazırda Bakıda təxminən 41-42 min taksi qeydiyyatdan keçib. Amma Bakı şəhəri üzrə limitin 25 min olması nəzərdə tutulur. Bu o deməkdir ki, tələblərə uyğun gəlməyən avtomobillər mərhələli şəkildə sistemdən çıxarıla bilər, uyğun olanlar isə fəaliyyətini davam etdirəcək.
Burada belə bir yanaşma da var ki, tələblərə cavab verməyən taksilərə kart verilməsin, əgər verilibsə də, həmin kart ləğv olunsun. Amma bu məsələ müəyyən hüquqi mübahisələr yarada bilər. Çünki vətəndaş haqlı olaraq sual verə bilər ki, eyni avtomobilə bir il əvvəl kart verilibsə, indi niyə həmin kart ləğv edilir?
Bu səbəbdən də gələcəkdə narazılıqlar və hüquqi mübahisələr yarana bilər. Ona görə də bu qaydaları hazırlayacaq aidiyyəti qurumlar məsələyə çox diqqətlə yanaşmalıdır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Xocalının 3 kəndinə 7,3 milyon manat xərclənəcək
-
Hava ilə bağlı xəbərdarlıq edildi
-
Zığda yaşayış binasında yanğın oldu
-
Onların maaşına 50 faizədək əlavə veriləcək
-
Kafedəki davada saxlanılan deputat oğlunun fotosu
-
“QƏLƏBƏ NƏĞMƏSİ” - Gəncədə
-
Payızda bu qidaları süfrənizdən əskik etməyin
-
Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir - Kamaləddin Qafarov
-
Bəzi pensiya alanları hansı dəyişikliklər gözləyir?
-
Zeytun Festivalının ikinci günü başladı - (Foto)
-
Bakıya leysan yağacaq - Proqnoz verildi
-
Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?
-
Xaçmazda 1 hektardan çox ərazini əhatə edən park yenilənir - (Foto)
-
Xəstəxanaya yerləşdirilən Xalq artisti danışdı
-
Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib
-
AzTV üçün yeni bina tikiləcək - (Video)
-
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
-
Bakıda ölümlə nəticələnən davada saxlanılanlardan biri deputat oğludur - (Foto)
-
Hitlerin Alp dağlarındakı keçmiş sığınacağında yanğın
-
Bakıda kafedə kütləvi dava - Ölən var - (Yenilənib/Video)
-
Oktyabrın 23-də 50 şübhəli saxlanılıb
-
Hesabat yerinə baş örtüyü: “Əsrin fırıldağı”nın qızğın çağında Ərdoğanın ətrafı Bakıda
-
Ölüm xəbəri yayılan Kim Çen İn səfərdədir
-
Premyer Liqada bu gün iki oyun keçiriləcək





