Konfrans Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi "Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi" qrant müsabiqəsi çərçivəsində Gənclərin Beynəlxalq Dialoq Platformasının (IYDP) təşkilatçılığı və Qarabağ Universitetinin tərəfdaşlığı ilə həyata keçiriləcək. (Tarix: 29-31 may 2026, Məkan: Qarabağ Universiteti)
Milli.Az xəbər verir ki, KUMUN 2026 gəncləri və tələbələri beynəlxalq diplomatiya mühitində bir araya gətirərək regional və qlobal məsələlərin müzakirəsi, fikir mübadiləsi və əməkdaşlıq üçün geniş imkanlar yaradacaq. İştirakçılar diplomat rolunda çıxış edərək müxtəlif BMT komitələrinin simulyasiyalarında yer alacaqlar.
Konfransın işçi dili ingilis dilidir. Müraciətlər həm yerli, həm də xarici gənclər və tələbələr üçün açıqdır.
Son müraciət tarixi: 15 aprel 2026
Müraciət üçün "Elanlar" bölməsindəki müvafiq linkə keçid edin.
Gənclər diplomatiyasının bir hissəsi olmaq və beynəlxalq mühitdə özünüzü sınamaq üçün bu fürsəti qaçırmayın!
Milli.Az





