Şou-biznes

Erol Kösenin evində məktub tapıldı - "Məcbur idim..." - FOTO

23 Mart 2026 22:21
Baxış: 560
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İstanbulun Sarıyer bölgəsində yaşadığı binanın 16-cı mərtəbəsindən yıxılaraq həyatını itirən tanınmış prodüser Erol Kösenin evində qeyd tapılıb. Kösenin öz xətti ilə yazdığı notda: "ALS xəstəliyimə görə məcbur idim, məsuliyyət mənimdir. Pişiyimə yaxşı baxın" deyə qeyd olunub.

Milli.Az xəbər verir ki, Köse ilə eyni evdə yaşayan dostu Mevlüt Y. polislərə bildirib ki, prodüser təxminən 3 aydır evdən çıxmırdı, psixoloji problemləri və ürək xəstəliyi var idi. Hadisə baş verən vaxt Mevlüt Y. binanın lobbisinə düşüb və geri qayıdanda dostunu yerdə uzanmış halda görüb.

İstanbul Respublika Baş Prokurorluğu hadisə ilə bağlı rəsmi istintaq başladıb. Ölümün dəqiq səbəbi ekspertizadan sonra bəlli olacaq.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.