Cəmiyyət

Süni intellekt rəqəmsal suverenliyin əsas hərəkətverici qüvvəsidir - Kamran İmanov

9 Dekabr 2025 11:30
Baxış: 37
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Süni intellekti yaratmaq insanın ən qədimi arzusu olub. Süni intellekt rəqəmsal suverenliyin əsas hərəkətverici qüvvəsidir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov bu gün Bakıda "Əqli mülkiyyət və süni intellekt" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışında bildirib:

"Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf Strategiyası" iqtisadiyyat, idarəçilik, təhsil, informasiya və səhiyyə sahələrində innovasiyaların tətbiqi və rəqəmsal texnologiyalardan istifadənin artırılması, o cümlədən süni intellektin geniş tətbiqini nəzərdə tutur. Süni intellekt haqqında Qanunun qəbulu və bu sahədə Azərbaycan Akademiyasının yaradılması ölkəmizdə bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və institusional dəyişiklikləri gündəmə gətirir.

Gələcəyin prinsipi insanla süni intellektin birgə fəaliyyətinə əsaslanır. Mədəniyyət müstəvisində süni intellekt kreativlik anlayışını köklü şəkildə dəyişir. Süni intellekt sayəsində hibrid yaradıcılıq mərhələsi başlayır. Süni intellekt mədəni diplomatiyada hökumətlərin yumşaq güc vasitələrindən birinə çevrilir. Süni intellektin tarixi yalnız mexaniki ağıl haqqında mifoloji təsəvvürlərdən tutmuş transformerlərə və generativ modellərə qədər təkamül deyil, o həm də qlobal iqtisadiyyatın əsas dayaqlarından birinə və sosial-mədəni transformasiyanın aparıcı faktoruna çevrilmə tarixidir".

K. İmanov süni intellektin hüquqi əsasları və onun əqli mülkiyyət sahəsindəki mühüm rolu barədə danışıb. O, süni intellektin informasiya və kommunikasiya vasitələrinə, media formatlarına, jurnalistikaya, sosial şəbəkələrə, təhsilə və digər sahələrə təsir etdiyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.