Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1 ünvanında yerləşən çoxmərtəbəli binanın sakinləri "Olympus" MTK ilə bağlı narazılıq edirlər.
Milli.Az xəbər verir ki, sakinlərin sözlərinə görə, istifadəyə verilməsi 3 il öncə planlaşdırılan bina hələ tam təhvil verilməyib:
"Binanın həyəti bərbad vəziyyətdədir, qazı, işığı hələ də verməyiblər. Soyuqdan da əziyyət çəkirik. Uşaqları iki yorğanla yatırdırıq, çünki çox soyuqdur".
Məsələ ilə bağlı MTK-nın direktor müavini Ceyhun Bədəlov bildirib ki, elektrik xətləri bu həftə düzəldiləcək və dekabrın 15-dək qaz verilməsi planlaşdırılır.
Asya
Milli.Az





