Cəmiyyət

Paytaxtdan bölgələrə və region avtovağzallarından müxtəlif istiqamətlərə 60 minə yaxın sərnişin daşınıb

30 İyun 2025 17:56
Baxış: 111
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar Silahlı Qüvvələr Günü və qeyri-iş günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 26-29 iyun tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. 

Milli.Az xəbər verir ki, şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin daşımalarının fasiləsiz və qrafiklərə uyğun həyata keçirilməsinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən nəzarət olunub.

Gücləndirilmiş iş rejimi ərzində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən bölgələrə 1249 reys həyata keçirilib, 27510 sərnişin  rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. 

Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 150-yə yaxın reys həyata keçirilib.

Bu müddət ərzində regionların avtovağzal və avtostansiyalarından müxtəlif istiqamətlərə 3144 reyslə 32062 sərnişin daşınıb.

Biletlər avtovağzalların kassalarından və "biletim.az" portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib. Sərnişinlərin 30%-i biletlərini onlayn qaydada "biletim.az" portalından əldə edib.

Bakıdan bölgələrə və əks istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb.

Asya
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.