Rusiya

Rusiyadan Azərbaycanla bağlı gözlənilməz açıqlama

2 Sentyabr 2025 10:36
Baxış: 1 698
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədr müavini Aleksey Çepa Moskva-Bakı münasibətləri ilə bağlı diqqətçəkən açıqlama verib.

Milli.Az-ın Musavat.com-a istinadən məlumatına görə, deputat bildirib ki, bütün çətinliklərə baxmayaraq, Rusiya və Azərbaycan arasındakı dostluğun bərpası labüddür.

Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlıq qarşıdurmadan qat-qat daha faydalıdır, xüsusilə də iqtisadi sahədə:

"Dostluq münasibətlərinin və iqtisadi maraqların inkişaf perspektivləri çox böyükdür. İstənilən halda istiləşmə qaçılmazdır - bu, sadəcə zaman məsələsidir. Sual yaradan məqamlar var, amma yavaş-yavaş hamısı həll ediləcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.