Rusiya

Vidadi Mustafayev rəhbər təyin olundu

2 Sentyabr 2025 11:08
Baxış: 1 242
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan icmasına və "Uraldakı azərbaycanlıların mədəniyyət, gənclər və idman Mərkəzi"nə yeni rəhbər təyin edilib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, həmin postda yeni rəhbər Vidadi Mustafayev olub.

Təyinatı ilə bağlı xəbəri nəşrə təsdiqləyən V.Mustafayev bildirib:

"Biz "diaspora" anlayışını ləğv etmişik, çünki o, hər yerdə özünü nüfuzdan salıb. Rusiya Federasiyasının qanunlarına və cəmiyyətə inteqrasiyanın tərəfdarıyıq. Mərkəzdə gənclərin tərbiyəsi ilə məşğul olacağıq, xüsusi hərbi əməliyyat əsgərlərinə fəal kömək edəcəyik. Bununla yanaşı, gənclərin biznes klubunu təşkil edəcəyik".

Vidadi Mustafayev bu postda avqustun 2-si Moskvada saxlanılan Şahin Şıxlinskini əvəz edəcək. Onu da qeyd edək ki, Moskvanın Basmannı məhkəməsi Ş.Şıxlinski barəsində qiyabi həbs qərarı verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.