Rusiya

Rusiyada azərbaycanlı diaspor nümayəndəsi həbs olundu

1 Sentyabr 2025 22:45
Baxış: 392
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyanın Kuban şəhərindəki Azərbaycan diasporunun tanınmış nümayəndələrindən biri, Tuapsedəki yükdaşıma terminalının və Krasnodardakı "Köhnə Bakı" restoranının sahibi Şahlar Novruzov həbs olunub.

Milli.Az APA-ya istinadən bildirir ki, Novruzov 919 milyon rubl dəyərində daşınmaz əmlakı oğurlamağa cəhdlə bağlı cinayət işi üzrə təqsirləndirilir.

İstintaq hesab edir ki, cinayəti törətmək üçün cinayəti törədən şəxslər, o cümlədən Şahlar Novruzov Prikubanski Rayon Məhkəməsinə guya Azərbaycanda bağlanmış nikah şəhadətnaməsini təqdim ediblər.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, cinayəti törədən şəxslərin, sərvətləri mənimsəmək üçün məhkəməyə təqdim etdiyi sənəd saxta olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.