Parlament Rusiya ilə bağlı Bəyanat yaydı
Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" telekanalına müsahibəsindən sonra Rusiyadan Azərbaycana qarşı kütləvi informasiya kampaniyası ilə bağlı bəyanat yayıb.
Milli.Az bəyanatı təqdim edir: "Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası bildirir ki, avqustun 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" telekanalına müsahibəsi yayılandan dərhal sonra Rusiya Federasiyası ərazisindən ölkəmizə qarşı kütləvi surətdə informasiya kampaniyasına start verilib.
Monitorinq zamanı müəyyən olunub ki, aparıcının Zəngəzur dəhlizi ilə bağlı sualına Azərbaycan Prezidentinin tarixi faktlara əsaslanan cavabı kontekstdən çıxarılaraq saxtalaşdırılmış və ya təhrif olunmuş formada rus oxucusuna təqdim edilir.
Rusiya cəmiyyətində anti-Azərbaycan təbliğatını alovlandırmaq məqsədilə təşkil edilən kampaniya televiziya kanalları və xəbər saytları, sosial media platformaları və müəyyən təsiretmə roluna malik radikal mövqeli şəxslər vasitəsilə aparılır.
Kampaniyada Rusiya ərazisində fəaliyyəti qadağan edilmiş və məhdudlaşdırılmış feysbuk, instaqram və "X" kimi platformalardan, habelə digər ölkə vətəndaşlarının adından yaradılan sosial media profillərindən və botlardan da geniş istifadə olunduğu müşahidə edilib.
Kampaniyada diqqət çəkən digər bir element isə Azərbaycanın sosial media seqmentinin hədəfli reklamlar vasitəsi ilə seçilməsi və orada ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı təhdidedici fikirlərin yer almasıdır.
Onu da qeyd etməliyik ki, bu cür ikrah doğuran kampaniyaların Azərbaycanda ictimai rəyə heç bir təsiri yoxdur. Bu cür fəaliyyətlər yalnız Rusiya cəmiyyətini yalan faktlara söykənərək qızışdırmağa, qonşu dövlətlərlə əsassız düşmənçiliyə sürükləyir. Rusiyanı narahat edən "rusofobiya" sindromunun köklərini "Z" blogerlərin fəaliyyətində axtarmaq lazımdır.
Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya aidiyyəti dövlət qurumları ilə birgə dövlətimizə qarşı aparılan bu qeyri-dost hərəkətləri yaxından izləyir və müvafiq qabaqlayıcı tədbirləri davam etdirir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Pakistan və Türkiyə nümunəsi - Təmənnasız və təmənnalı qardaşlıq
-
Prezident bu şəxsləri təltif etdi - Sərəncam
-
Azərbaycanın son 1 ildə Ermənistana satdığı məhsullar - Siyahı
-
Almaniyada İran agentlərinin ifşası: Azərbaycan himni altında növbəti təxribat - (Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
-
Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib - (Foto)
XƏBƏR LENTİ
-
Qazaxda 35 yaşlı kişini ildırım vurub
-
Zaur Rzayevin son vəziyyəti açıqlandı
-
Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - (Foto)
-
Dövlət əleyhinə çağırışlara görə daha 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - (Foto)
-
Süni qidalar gündəlik həyatımıza daxil olur: Nələrə diqqət etməliyik?
-
Pakistan və Türkiyə nümunəsi - Təmənnasız və təmənnalı qardaşlıq
-
DTX maşınların yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
-
308 min hektardan çox torpaq minalardan təmizləndi
-
Sumqayıtda əməliyyat: “falçı” saxlanıldı
-
Rusiyanın itkiləri yeniləndi
-
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb
-
Xumar Qədimovanın görüntüsü müzakirə yaratdı - (Video)
-
Putin, Tramp və Si Cinpin yaxın zamanda görüşə bilər
-
Sükan arxasında bu səhvlərə yol verməyin
-
Xətai rayonundakı ağır qəza kameralara düşdü - (Anbaan video)
-
İlyas Yalçıntaş 10 il həbs oluna bilər
-
Azərbaycanda yumurta bahalaşdı
-
Toy günü bəylə gəlinin rəqsi viral oldu – (Video)
-
Fransada Makron siyasəti: Xalqla hakimiyyət arasında dərinləşən uçurum
-
Bu avtobusun son dayanacağı dəyişdirildi
-
"44" filminin nümayişi zamanı çəkiliş aparan şəxslər cəzalandırılacaqlar
-
Məhkəmədən Adnan Əhmədzadə ilə bağlı qərar
-
Ən az enerji sərf edən elektromobil bəlli oldu





