Siyasət

Çinin Mərkəzi Televiziyası Tiencində dövlət və hökumət başçılarının xanımlarının gəmi gəzintisi ilə bağlı reportaj yayımlayıb - VİDEO

2 Sentyabr 2025 12:01
Baxış: 645

Çin Mərkəzi Televiziyası - CCTV sentyabrın 1-də Tiencin şəhərində "Şanxay Əməkdaşlıq Təşkilatı plyus" formatında keçirilən görüşdə iştirak edən dövlət və hökumət başçılarının xanımlarının Hayha çayında gəmi gəzintisi ilə bağlı reportaj yayımlayıb.

Milli.Az xəbər verir ki, reportajda Çin Xalq Respublikasının birinci xanımı Pen Liyuanın Sammitin iştirakçısı olan xarici ölkə liderlərinin xanımlarını Tiencin şəhərində çayda gəzintiyə dəvət etdiyi diqqətə çatdırılıb.

Bildirilib ki, gəmi gəzintisi zamanı qonaqlar Tiencinin tarixi və inkişafı barədə ətraflı məlumat əldə ediblər.

Reportajda Pen Liyuanın və qonaqların sahil mənzərələrinə tamaşa etdikləri, ənənəvi üçsimli musiqi alətinin ifasını dinlədikləri, səmimi söhbətlər apardıqları və göyərtədə xatirə şəkli çəkdirdikləri xüsusi qeyd olunub. Diqqətə çatdırılıb ki, qonaqlar Çinin ənənəvi mədəniyyətini və müasir inkişafını yüksək qiymətləndiriblər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.