Dünya

Fransa Bəşər Əsədin həbsinə order verdi

2 Sentyabr 2025 23:24
Baxış: 415
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Fransa məhkəmə orqanları sabiq dövlət başçısı Bəşər Əsəd də daxil olmaqla yeddi Suriya rəsmisinin həbsinə order verib.

Milli.Az xəbər verir ki, bu barədə "Agence France-Presse" məlumat yayıb.

"13 illik istintaqdan sonra Paris məhkəməsinin insanlığa qarşı cinayətlər departamentinin təhqiqatçı hakimləri Suriyanın yeddi yüksək vəzifəli məmurunu müharibə cinayətlərində və insanlığa qarşı cinayətlərdə iştirakda ittiham edərək həbslərinə order veriblər", - məlumatda deyilir.

Qeyd edək ki, təhqiqat 2012-ci ildə Suriyada bir sıra qərbli jurnalistin ölməsi və yaralanması ilə bağlı aparılıb.

Həmin şəxslərin Homs şəhərindəki mətbuat mərkəzinə endirilən zərbələr zamanı öldürüldüyü iddia olunur və buna görə o dövrün Suriya hakimiyyəti məsuliyyət daşıyır. /APA

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.