Texnologiya

Sosial şəbəkələrdə vaxt keçirmək buna görə insanı yorur - Nevroloq açıqladı

2 Sentyabr 2025 21:00
Baxış: 443
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Sosial şəbəkələrdə vaxt keçirmək bəzən boşluq və ruh düşkünlüyü hissinə səbəb olur.

Milli.Az xəbər verir ki, bu barədə nevroloq Ksenya Arifcqanova "gazeta.ru"ya açıqlamasında söyləyib.

Nevroloq bildirib ki, sosial şəbəkələrdəki məlumat axını və ani mükafat sistemi ("like", paylaşım, xəbərdarlıq) dopamin sistemi vasitəsilə beyinə təsir edir və beynin mükafat mərkəzini aktivləşdirir. Bu, istifadəçini daha uzun müddət onlayn saxlamağa və davamlı məlumat istehlakına yönəldir, nəticədə diqqət, yaddaş və əhval-ruhiyyə zəifləyir.

Həkim "mediabulimiya" termini ilə məlumatın kompulsiv istehlakını izah edir. Bu vəziyyətdə sinir sistemi yüklənir, insan informasiya filtrləməkdə çətinlik çəkir, diqqət və konsentrasiyada problem yaranır, yorğunluq və baş ağrıları müşahidə olunur. Həmçinin, hətta pozitiv kontent də özünü digərləri ilə müqayisə etmək və özünü aşağı qiymətləndirmək kimi nəticələrə səbəb ola bilər.

Arifcqanova tövsiyə edir ki, sosial şəbəkələrdən istifadə zamanı fasilələr verilsin, bildirişlər yalnız vacib məlumatlarla məhdudlaşdırılsın və diqqəti qoruyacaq, pozitiv və dəstəkləyici kontentə üstünlük verilsin. Bu yanaşma beynin işləməsini yaxşılaşdırır, diqqət və emosional balansı qoruyur.

İsmayıl
Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.