Ölkə

“Xosrov” həbs edildi

2 Sentyabr 2025 21:50
Baxış: 850
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Sosial şəbəkələrdə sürücüləri yol hərəkəti qaydalarını pozmağa və avtoxuliqanlığa təhrik edən, həmçinin özü də bu davranışları həyata keçirən Moslemi Khosrow Bebek oğlu Binəqədi Rayon Polis İdarəsinin (RPİ) Dövlət Yol Polisi (DYP) Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Milli.Az xəbər verir ki,  Moslemi Khosrow, sosial platformalarda apardığı fəaliyyətlə yanaşı, şəxsi hərəkətləri ilə də qayda pozuntuları törədib.

Onun avtoxuliqan davranışları və yol hərəkəti qaydalarını pozması nəticəsində, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri əsasında inzibati protokol tərtib edilib və məsələyə baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Moslemi Khosrow Bebek oğlu inzibati qaydada həbs edilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.