Sağlamlıq

Gel dırnaq boyaları Avropada qadağan edildi

2 Sentyabr 2025 23:41
Baxış: 393
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Avropa Birliyi tərkibində trimetilbenzoil-difenilfosfin-oksid olduğu üçün gel dırnaq boyalarının istifadəsini rəsmən qadağan edib.

Milli.Az Teleqraf-a istinadən xəbər verir ki, qadağanın səbəbi gelin tərkibindəki TPO-nun (trimetilbenzoil-difenilfosfin-oksid) orqanizmdə xərçəng riski yaratmaq ehtimalıdır.

Şüaların altda quruyub, dırnağa parıltılı görüntü verən bu kimyəvi maddənin həmçinin dırnaq sədəfində infeksiyalaşmaya səbəb olduğu da bildirilir.

Bu cür infeksiyalar isə immun sistemi zəif, eləcə də dəri, qan, sidik-cinsiyyət, tənəffüs yolu infeksiyaları olan şəxslərdə ciddi fəsadlara səbəb olur.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.