Gəncə Dövlət Universitetinin tələbəsi Nüşabə Məmmədzadə dünyasını dəyişib.
Milli.Az bildirir ki, 20 yaşlı gəncin hansı səbəbdən vəfat etdiyi hələlik məlum deyil.
Gənc qız həm də rəssam kimi fəaliyyət göstərib.
Xatırladaq ki, Gəncədə həyatını itirən tələbə sirkə turşusundan ölüb.
O, şəhərin xəstəxanalarının birinə yerləşdirilmişdi. Vəziyyəti ağır olduğundan Bakı Şəhər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılan gənc qız həkimlərin səyinə baxmayaraq, sözügedən xəstəxananın Toksikologiya şöbəsində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az