Cəmiyyət

Təcili yardım sürücüsü "TikTok"da insanları təhqir etdi - CƏZALANDIRILDI - FOTO

7 Fevral 2025 17:48
Baxış: 1 199
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Təcili yardım avtomobilinin sürücülərindən biri cəzalandırılıb.

"Unikal"ın əldə etdiyi məlumata görə, sürücü Rəşidzadə Kərim Arif oğlu çağırış zamanı "TikTok" sosial şəbəkəsində canlı yayım açaraq orada qeyri-etik ifadələr səsləndirib. Bəzi insanları təhqir etdiyi videoları səhifəsində paylaşan K.Rəşidzadə sonradan onları silib.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq. TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, təcili tibbi yardım sürücüsünün müxtəlif vaxtlarda yaydığı videogörüntülər haqqında araşdırma aparılıb:

"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin təcili yardım avtomaşının sürücüsü Kərim Rəşidzadə 16.11.2024-cü il tarixində növbədə olarkən xidməti geyimdə cavabdeh olduğu təcili yardım avtomaşınında qeyri-etik ifadələr işlətdiyindən, müəsissənin nüfuzuna xələl gətirdiyinə və əmək intizamı qaydalarını kobud şəkildə pozduğuna görə 02.12.2024-cü il tarixində töhmət verilib".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.