Xəbəri olmadan adına 18 min manatdan çox kredit götürdülər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Balakən şəhər sakini Ülkər Qurbanova mobil operator nümayəndəsi kimi təqdim olunan bir şəxsdən aldığı zəng nəticəsində böyük maddi itkiyə uğrayıb.
Milli.Az xəbər verir ki, hadisə dekabrın 9-da baş verib. Mobil operatorun əməkdaşı kimi özünü təqdim edən şəxs Ülkər Qurbanovaya 5G xidməti üçün üztanıma tətbiqini aktiv etməyi təklif edib. Tətbiqi aktiv etdikdən sonra gənc xanımın telefonuna giriş məhdudlaşdırılıb.
Ülkər Qurbanova baş verənlərdən şübhələnərək dərhal bankla əlaqə saxlayıb. Bankdan ona hər şeyin qaydasında olduğu bildirilsə də, telefonunda hələ də problem yaşadığı üçün bankın bir filialına gedib. Orada isə ona adına 18 828 manatlıq kredit götürüldüyü və aylıq 529 manat 30 qəpik ödəməli olduğu bildirilib.
Ülkər Qurbanova Balakən Rayon Mərkəzi Xəstəxanasında işləyən və yalnız 500 manat məvacib alan bir şəxs olaraq böyük bir kredit öhdəliyi ilə qarşılaşıb. Məlum olub ki, bu kredit yalnız ona xeyli zərər vurmayıb, eyni zamanda aylıq maaşından da artıq ödəniş tələb olunur.
Zərərçəkən dərhal bank və polisə müraciət edib. Bank onun müraciətinə əsasən hesablarını dondursa da, ertəsi gün köçürmə həyata keçirilib və kreditin bir hissəsi silinib. Lakin Ülkər Qurbanova hələ də çıxılmaz vəziyyətdədir və ona nə etmək lazım olduğu sualı gündəmə gəlir.
Hüquqşünas Cavid Cəfərov bildirib ki, bu halda polis orqanları məhkəmə qərarı ilə banka sorğu göndərməlidir:
"Həmin bankdan çıxmış əmanətlərin hansı hesaba oturulması tapılmalı və hesabın kimə məxsus olması müəyyən edilərək o şəxslər məsuliyyətə cəlb edilməlidir. Bu cinayəti törədən şəxslərin əməllərinə görə 1 ildən 3 ilə qədər azadlığının məhdudlaşdırılması və ya 2 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur".
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Qafqazinfo"ya bildirilib ki, Balakən şəhər sakini Ülkər Qurbanovanın üzləşdiyi kiberdələduzluqla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, müvafiq sorğular göndərilib. Polis əməkdaşları tərəfindən əməli törədən şəxs və yaxud şəxslərin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Asya
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb - (Video)
-
Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydaları dəyişdirilib
-
Daxili İşlər Nazirliyinə yeni vəzifə verildi
-
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
-
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
XƏBƏR LENTİ
-
“Simge” tanınmaz halda - (Foto)
-
Bu bananları almayın – təhlükəli əlamətlər
-
Mələkxanım Eyubova kürəkəni ilə - (Foto)
-
Gənc yaşda ölən dünya ulduzları
-
Tramp İranla müharibənin başa çatacağı tarixi açıqladı
-
“Sabah” çox yaxşı məşq keçmiş komandadır” - Maykl Kerrik
-
Serhat Kılıçın rolu ona verildi - (Foto)
-
Azərbaycanda “Clean Energy Academy” proqramı fəaliyyətə başlayıb
-
"Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
-
Günün qoroskopu: Əlinizə pul keçən kimi xərcləməyə tələsməyin
-
Bəzi rayonlarda işıq olmayacaq
-
“Şəki yaylası”ndakı faciəvi hadisədə tros qırılmayıbmış - Təfərrüat - (Video)
-
Mehriban Xanlarovadan Elgizə cavab
-
Kilian Mbappe "Real Madrid"in əfsanəsi Raula çatdı
-
Yeni “iPhone 18” bu qiymətə satılacaq - (Foto/Video)
-
Zelenskinin təyyarəsi az qala PUA ilə vurulacaqdı
-
Çempionlar Liqası: “Barselona” “Feyenoord”u darmadağın edib
-
Sabah Xətai və Nizamidə hərəkət qismən məhdudlaşdırılacaq
-
Almaniyada futbolçu qıza görə komanda yoldaşını öldürdü
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
İsko UEFA Çempionlar Liqasında eyni ölkənin 5 klubunda oynayan ilk futbolçu olub
-
Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib - (Foto)
-
Evi yandırıldı, babası öldürüldü, amma o, təslim olmadı: Luka Modriçin həyat hekayəsi - (Foto)
-
Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb - (Video)





