Cəmiyyət

Xaçmazın ən uzunömürlü sakini ÖLDÜ - FOTO

16 Avqust 2024 13:32
Baxış: 1 697
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xaçmazın ən uzunömürlü sakini vəfat edib.

Milli.Az bizim.media-ya istinadən bildirir ki, Böyük Vətən müharibəsi veteranı, 101 yaşına yeni keçmiş Məhəmməd Məmmədov bu gün səhər saatlarında dünyasını dəyişib.

Bu barədə nəşrə mərhumun gəlini Arzu Məmmədova məlumat verib.

Onun sözlərinə görə, mərhum bir həftədir ki, özünü pis hiss edirmiş.

Qeyd edək ki, Məhəmməd Məmmədov Böyük Vətən müharibəsinin Xaçmazdan sağ qalan yeganə veteranı idi. O, Qroznıdan Berlinədək döyüş yolu keçmişdi.

Mərhum veteranın beş övladı, 23 nəvəsi, beş nəticəsi, iki kötücəsi var.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.