Cəmiyyət

Tanınmış həkim deputatlığa namizəd oldu - FOTO

22 İyul 2024 14:43
Baxış: 3 844
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış endokrinoloq Jalə Oqtayzadə 122 saylı Xankəndi seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb.

Milli.Az metbuat.az-a istinadla bildirir ki, Jalə Oqtayzadə 1988-ci ildə Tərtər rayonunda anadan olub. 2013-cü ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib.

O, Xankəndi şəhərində könüllü olaraq həkim kimi fəaliyyətə başlayıb. O, oktyabr-iyun ayları ərzində Xankəndi Şəhər Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.

Jalə Oqtayzadə fəaliyyəti ərzində bir çox özəl klinikalarda işləyib, ixtisası üzrə müxtəlif beynəlxalq dərəcəli sertifikatlara yiyələnib. COVID-19 pandemiyası dövründə könüllü həkim kimi koronaviruslu xəstələrin müalicəsi ilə məşğul olub.

Onun atası uzun illər hərbçi kimi vətənə xidmət edib, I Qarabağ və 44 günlük Vətən Müharibəsində ön cəbhədə vuruşub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.