Cəmiyyət

Əsgərlikdən yayınanlar necə ifşa ediləcəklər?

3 İyul 2024 08:45
Baxış: 2 282
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyulun 1-dən hərbi xidmətə çağırışla bağlı qüvvəyə minən yeni qaydalara görə, çağırışçılarla bağlı yekun tibbi müayinəyə dair qərarı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi verir.

Bu halda sual yaranır? Müddətli həqiqi hərbi xidmətə yararsız olanların aqibəti necə olacaq?

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sözçüsü Pərviz Sədrəddinov bildirib ki, 35 yaşı tamam olmayan və əvvəlki illərdə hərbi xidmətə yararsız olmaları barədə qərar qəbul edilən və möhlət hüququ bitən vətəndaşlar üzrə yekun qərarın verilməsi üçün altsistem vasitəsilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yönləndiriləcəklər:

"Müayinənin nəticələrindən asılı olaraq qərar qəbul ediləcək. Əgər vətəndaşın yararlı olması təsdiq edilərsə, həqiqi hərbi xidmətə göndəriləcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.