Cəmiyyət

Qurbanı iyunun 18-də kəsmək olar? - QMİ

5 İyun 2024 14:17
Baxış: 1 594
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qurban bayramının iyunun 16 və 17-də keçirilməsi nəzərdə tutulsa da, insanlar qurbanlarını iyunun 18-də də kəsə bilər.

Milli.Az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında Qafqaz Müsəlmanlar İdarəsinin əməkdaşı Samid Quliyev deyib.

"Qurban bayramı ölkəmizdə 16 və 17 iyunda qeyd edilir və bu iki gündə qurbanlar kəsilməlidir. Ancaq Həcc ziyarətində qurbanların kəsilməsi üç gün davam edir. O baxımdan rəsmi bayram günlərində qurban kəsməyə fürsəti olmayanlar 18 iyunda da kəsə bilər. Nəzərə alaq ki, Qurtuluş Günü də əlavə olduğu üçün bizdə bayram tətili 5 gün - 15 iyundan 19 iyuna qədər - davam edəcək", - o vurğulayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.