Cəmiyyət

Ombudsman: “Azərbaycanda məhkumların sağlamlığına diqqət artıb”

24 May 2010 13:51
Baxış: 230
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bunu Milli Məclisdə insan hüquqları üzrə müvəkkilin Azərbaycanda milli preventiv mexanizm kimi rolunun gücləndirilməsi mövzusunda keçirilən konfransda ombudsman Elmira Süleymanova deyib. O bildirib ki, həmin müddətdən bəri müasir standartlara cavab verən yeni cəzaçəkmə müəssisələri, istintaq təcridxanaları tikilir, müəssisələrin mühafizə sistemi yeniləşdirilir.

İnsan Hüquqları Milli Fəaliyyət Proqramına əsasən, cəzaçəkmə müəssisələrində vaxtaşırı monitorinqlər aparılır, məhkumların şərəf və ləyaqətinin qorunması üçün tədbirlər görülür.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov isə deyib ki, müstəqillik qazanandan sonra, Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində islahatlar aparılıb. Qanunvericilik təkmilləşdirilib və beynəlxalq sənədlər ratifikasiya edilib.

ATƏT-in Bakı ofisinin rəhbəri Əli Birgeh Cankorel insan hüquqlarının müdafiəsi sahəsində QHT-lər və digər təşkilatların üzərinə böyük iş düşdüyünü bildirib. Onun fikrincə, insan hüquqlarının müdafiəsi sahəsində daha böyük nailiyyətlər əldə etmək üçün milli mexanizmlər işlənməlidir: "Ombudsman müvəqqəti saxlanma təcridxanalarında və cəzaçəkmə müəssisələrində işgəncələrə qarşı mübarizə mexanizmlərini daha da gücləndirməlidir".

/Trend/

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.