Cəmiyyət

Sahibsiz itlər Xırdalanda sakinə hücum etdilər - VİDEO

6 May 2024 13:34
Baxış: 736
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda sahibsiz itlərin insanlara hücum etməsi ilə bağlı növbəti hadisə yaşanıb.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, bu dəfə xoşagəlməz hal Xırdalan şəhərində yaşanıb.

Sahibsiz itlər AAAF park yaşayış kompleksində yaşayan sakinlərə hücum ediblər. Hadisə xəsarətsiz ötüşməyib.

Belə ki, itlərdən biri həmin ərazidə yaşayan sakinlərdən birini qolundan yaralayıb.

Şikayətdə o da bildirilib ki, itlər həmin yaşayış kompleksinin sakinlərinin həyatını çətinləşdiriblər. İtlər binanın həyətinə düşmək istəyən yaşlı, gənc, uşaq bilmədən hamıya hücum edirlər. İnsanlar artıq qorxu içində yaşamaq istəmədiklərini bildiriblər.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.