Cəmiyyət

Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO

6 May 2024 14:53
Baxış: 588
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avtoxuliqanlıq edərək sosial şəbəkədə paylaşırlar.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bəzi sosial şəbəkə istifadəçiləri izləyicilərinin sayını artırmaq və ya qazanc məqsədilə müxtəlif vasitələrdən istifadə edirlər.

Bunlardan biri də yol hərəkəti qaydalarının kobud şəkildə pozlumasını əks etdirən videogörüntülərin paylaşılmasıdır.

İnformasiya təhlükəsizliyi üzrə ekspert Fərhad Mirəliyev bildirib ki, xüsusilə "TikTok" sosial şəbəkəsi üzərindən edilən paylaşımlar izləyici sayı yığmaq və pul qazanmaq məqsədi daşıyır.

Bakı şəhər Dövlət Yol Polisi idarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirib ki, hüquq-mühafizə orqanları tərəfindən bu cür paylaşımlar mütəmadi olaraq araşdırılır və tədbirlər görülür.

Ekspertlər isə sosial şəbəkələrdən daha faydalı işlər üçün istifadə etməyi tövsiyə edirlər.

Ətraflı süjetdə:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.