Cəmiyyət

Tanınmış həkim VƏFAT ETDİ - FOTO

2 May 2024 14:14
Baxış: 4 498
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Tibb Universitetinin Ümumi cərrahiyyə kafedrasının dosenti Vahid Ziyəddin oğlu Qaraqurbanlı vəfat edib.

Milli.Az Unikal-a istinadən xəbər verir ki, tibb elmləri üzrə fəlsəfə doktoru, ali dərəcəli cərrah Vahid Qaraqurbanlı 1949-cu ildə Ermənistan SSR Kalinino rayonunun Qızıl Şəfəq kəndində (Qərbi Azərbaycanın Dağ Borçalısı Loru mahalının Cucikəndində) anadan olub.

1968-1974-cü illərdə Azərbaycan Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsində ali təhsil alıb və Moskvada internaturanı bitirdikdən sonra orada Mərkəzi Şəhər Xəstəxanasında işləyib.

1979-1981-ci illərdə V.M.Vladimirski adına Moskva Vilayəti Elmi-Tədqiqat İnstitutunda tam klinik ordinatura kursunu bitirib əmək fəaliyyətini 15 saylı Moskva Şəhər Kliniki Xəstəxanasında davam etdirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.