Cəmiyyət

Bakıda millət vəkilinin qardaşı oğlu qətlə yetirildi

24 May 2010 10:34
Baxış: 235
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakının Binəqədi rayonunda dəhşətli qətl hadisəsi törədilib. Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, mayın 20-də Salamzadə küçəsində yaşayan Zaur Mirələmovun üç gün öncə itkin düşməsi barədə Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsinə məlumat daxil olub.

Keçirilən axtarış tədbirləri nəticəsində məlum olub ki, itkin düşmüş Z.Mirələmovu mayın 17-si saat 22:00 radələrində Biləcəri qəsəbəsi, yeni yaşayış sahəsi ərazisində Səməndər Hacıyev qohumu Ramil Babayev ilə birlikdə idarə etdiyi "QAZ-2410" markalı avtomobildə boğaraq öldürüb və sonra Zağulba çimərliyində dənizə atıblar. Meyitin üzə çıxmasından ehtiyatlanan cinayətkarlar ona ağır daş da bağlayıblar.

Hər iki şəxs tutulub. Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işinin istintaqını Bakı Şəhər Prokurorluğu aparır.

Z.Mirələmovun meyiti ötən gün dənizdən çıxarılıb.

Polisə ifadə verən təqsirləndirilən şəxslər Z.Mirələmovu tamah məqsədi ilə öldürdüklərini etiraf ediblər. Z.Mirələmov öldürüldükdən sonra isə üstündə olan 3000 manat pul cinayətkarlar tərəfindən götürülüb.

Qətlə yetirilən Z.Mirələmov Azərbaycanın millət vəkili Hüseynbala Mirələmovun qardaşı oğludur.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.