Bakıda millət vəkilinin qardaşı oğlu qətlə yetirildi
24 May 2010 10:34
Bakının Binəqədi rayonunda dəhşətli qətl hadisəsi törədilib. Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə,
mayın 20-də Salamzadə küçəsində yaşayan Zaur Mirələmovun üç gün öncə itkin düşməsi barədə Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsinə məlumat daxil olub.
Keçirilən
axtarış tədbirləri nəticəsində məlum olub ki, itkin düşmüş Z.Mirələmovu
mayın 17-si saat 22:00 radələrində Biləcəri qəsəbəsi, yeni yaşayış sahəsi
ərazisində Səməndər Hacıyev qohumu Ramil Babayev ilə
birlikdə idarə etdiyi "QAZ-2410" markalı avtomobildə boğaraq öldürüb və
sonra Zağulba çimərliyində dənizə atıblar. Meyitin üzə çıxmasından ehtiyatlanan
cinayətkarlar ona ağır daş da bağlayıblar.
Hər iki şəxs tutulub. Faktla
bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adamöldürmə) maddəsi ilə
cinayət işi başlanıb. Cinayət işinin istintaqını Bakı Şəhər
Prokurorluğu aparır.
Z.Mirələmovun meyiti ötən gün dənizdən çıxarılıb.
Polisə ifadə verən təqsirləndirilən
şəxslər Z.Mirələmovu tamah məqsədi ilə öldürdüklərini etiraf ediblər.
Z.Mirələmov öldürüldükdən sonra isə üstündə olan 3000 manat pul
cinayətkarlar tərəfindən götürülüb.
Qətlə yetirilən Z.Mirələmov Azərbaycanın millət vəkili Hüseynbala Mirələmovun qardaşı oğludur.
Anar Məmmədov
Milli.Az