Cəmiyyət

Misir Mərdanova nə olub? - FOTO

10 Aprel 2024 12:04
Baxış: 2 869
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabiq təhsil naziri Misir Mərdanov səhhətindəki problemlə əlaqədar müalicə almağa başlayıb.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, bu barədə eks-nazirin özü bildirib. O deyib ki, bayram tətili ilə bağlı fürsətdən istifadə etməyə çalışıb:

"Bayram günlərində həmkarlar təşkilatının göndərişi ilə Şıxov sanatoriyasında müalicə alıram. Onu da qeyd edim ki, burada yaradılmış şəraitdən çox məmnunam", - sabiq nazir  deyib.

Qeyd edək ki, Misir Mərdanov hazırda Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitunun direktoru  vəzifəsində çalışır.

Fizika-riyaziyyat elmləri doktoru, professor M.Mərdanov 1997-1998-ci illərdə Bakı Dövlət Universitetinin rektoru olub.

1998-2013-cü illərdə Azərbaycan Respublikasının təhsil naziri vəzifəsində çalışıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.