Cəmiyyət

Bakıda bayram tonqalı üçün ağacların yandırılmasına aydınlıq gətirildi - YENİLƏNİB - VİDEO

20 Mart 2024 14:52
Baxış: 620
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Paytaxtın nizami rayonunda bayram tonqalına görə ağacların yanması barədə görüntülər ötən illərə aiddir".

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, ötən gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Nizami rayonu ərazisində bayram tonqalı ilə əlaqədar yanğın baş verməsi barədə məlumat daxil olmayıb.

--------

10:14

Nizami rayonu ərazisində qalanan tonqal ağacları yandırıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı video sosial şəbəkələrdə yayılıb.

İlkin məlumatlara görə, hadisə "8-ci kilometr" ərazisində baş verib.

Yaşayış binasının qarşısında yandırılan bayram tonqalından alov küləkli hava səbəbilə ağaclara keçib. Nəticədə əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə maşınları və canlı qüvvəsi cəlb edilib.

Həmin görüntüləri təqdim edirik:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.