Cəmiyyət

Soyuq bir məzara həsrət qalan Cavadovlar ailəsi...- VİDEO

18 Mart 2024 21:17
Baxış: 1 259
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xocalıda kütləvi məzarlıqda nəşinin qalıqları tapılanlardan biri də onun atası Əli Cavadovdur. Ata adı onun üçün ən ülvi və ən yaralı yeridir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Əli Cavadovun nəşinin qalıqları Xocalıda həyata keçirilən bərpa-quruculuq işləri çərçivəsində aşkar edilib. Xocalı sakinin ailəsi hazırda Goranboy rayonunda məskunlaşıb. 3 qız, 3 oğul atası olan Əli Cavadov 39 yaşında şəhid olub.

Xocalı sakini Südabə Cavadova isə deyir ki, Xocalı ona iki dağ boyda dərd qoyub. Həyat yoldaşı Əli Cavadovla birgə qardaşını da itirib.

Qeyd edək ki, məhkəmə-genetik ekspertizasının hazırkı mərhələsində Xocalıda kütləvi məzarlıqda qalıqları tapılanlardan 8 nəfərin şəxsiyyəti müəyyən edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.