Cəmiyyət

Məşhur polkovnik-leytenant vəfat etdi - FOTO

13 Mart 2024 09:45
Baxış: 4 322
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

I Qarabağ müharibəsi qazisi vəfat edib.

Milli.Az olke.az-a istinadən xəbər verir ki, polis polkovnik-leytenantı "Azərbaycan Bayrağı" ordenli qazi, Xocalı fədaisi Bəxtiyar Qulu oğlu Aslanov dünyasını dəyişib.

Qeyd edək ki, 1992- ci ildə Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvü olan B.Aslanov Xocalının müdafiəsi uğrunda mübarizə aparıb.

Fevralın 25-i axşam ermənilər Xocalıya hücum edən zaman Əlif Hacıyev və onun dəstəsi səhər saatlarına qədər düşmənə müqavimət göstərib. Əlifin döyüş yoldaşı Bəxtiyar Aslanov da düşmənlə sona qədər döyüşür. B.Aslanov döyüşlər vaxtı 6 güllə yarası alıb və 14 ay hospitalda yarıhuşsuz vəziyyətdə yatıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.