Cəmiyyət

Azərbaycanda ən çox erkən nikahın qeydə alındığı rayonlar açıqlandı - VİDEO

1 Mart 2024 11:12
Baxış: 1 158
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Erkən nikahlarlarla bağlı ən yüksək göstəricilər Qazax-Tovuz, Mərkəzi Aran və Qarabağ iqtisadi rayonlarında qeydə alınıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimova deyib.

Onun sözlərinə görə, 2022-ci ildə 18 yaşadək analar tərəfindən 2011 uşaq dünyaya gətirilib. Bu da  2021-ci illə müqayisədə 361 nəfər artıqdır.

Taliyə İbrahimova, həmçinin qeyd edib ki, Ailə Məcəlləsinə əsasən, nikah yaşının 1 yaş azaldılması ilə bağlı yerli icra hakimiyyəti orqanları tərəfindən 271 qərar qəbul edilib.

Komitə bu istisna halın ləğv edilməsini istəyir.

Qeyd  edək ki, yetkinlik yaşına çatmayan qızı nikaha məcbur etməyə görə, 2023-cü ildə 1 cinayət işi açılıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.